İtaliyanın Baş Qərargah rəisi Ermənistana gəldi

0

İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqone Ermənistanda səfərdədir.

İctimai Rəy xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri Suren Papikyan Ermənistanda işgüzar səfərdə olan İtaliyanın Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Onlar Ermənistan-İtaliya müdafiə əməkdaşlığını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »