İsrail səfirliyi Azərbaycanı təbrik edib

0

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

İctimai Rəy xəbər verir ki, bu barədə diplomatik missiya sosial şəbəkədə paylaşım edib.

“İsrail səfirliyi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir”, – səfirlik qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »