Hakan Fidan: “Qarabağ Azərbaycan bayrağı altında dinclik tapmağın sevincini yaşayır”

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

İctimai Rəy xəbər verir ki, nazir bu barədə “X” platformasında paylaşım edib.

“Qələbənin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında dinclik tapmağın sevincini yaşayır. 44 günlük dastanabənzər mübarizəni qələbə ilə taclandıran bütün qəhrəmanlarımızı və şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”, – deyə nazir əlavə edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »