Sabah (7 noyabr) mərhum millət vəkili Qənirə Paşayevanın 40 mərasimi keçiriləcək
İctimai Rəy xəbər verir ki, Heydər Məscidində keçiriləcək mərasim saat 11:00-da başlayıb, 16:00-a qədər davam edəcək.
40 mərasimində Türk dünyasından gələn qonaqların, millət vəkillərinin, Qənirə Paşayevanın dostlarının, ailəsinin iştirakı gözlənilir.
Yada salaq ki, Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.