ABŞ dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib. Blinkeni səfir Yaprak Balkan, Xarici İşlər Nazirliyinin ikitərəfli siyasi məsələlər üzrə baş direktoru və Ankara valisinin müavini Namık Kamal Nazlı qarşılayıb.
İctimai Rəy xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb
Blinkeni Esenboğa hava limanında ABŞ-ın Ankaradakı səfiri Ceffri Fleyk, Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə ikitərəfli siyasi məsələlər üzrə baş direktoru səfir Yaprak Balkan, Ankara valisinin müavini Namık Kamal Nazlı və digər rəsmi şəxslər qarşılayıblar.
Xarici işlər naziri Fidan ilə həmkarı Blinken arasında bu gün keçiriləcək rəsmi görüşlərdə Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.