Son vaxtlar Fransanın təhriki ilə anti-Azərbaycan “xor”una qoşulan ölkələrin, ölkəmizə qarşı “yeni səlib yürüşü”nə çıxanların və qərəzli fikirlər səsləndirənlərin sırasına Kanadanın xarici işlər naziri Melani Coli də qoşulub. Yarımçıq “diplomat” kimi tanınan, siyasət və diplomatiyadan daha çox turizm üzrə ixtisaslaşan bu avantürist kanadalı qadın bugünlərdə Ermənistana səfəri zamanı həddini aşaraq ölkəmizə qarşı əsassız ittihamlar səsləndirdi və Azərbaycanı sanksiyalarla hədələdi.
Sözün açığı, Dərələyəzə gələrək oradan erməni generalları ilə birlikdə ərazilərimizə durbinlə baxan kanadalı nazirin bu cür çılğın və ifrat ermənipərəst mövqeyi əslində bizim üçün heç də təəccüblü deyil. Kanadanın separatçı bölgəsi kimi tanınan, əhalisinin 95%-i fransızdillilərdən ibarət olan Kvebek bölgəsində doğulan Melani Colinin separatçı xalqlara qarşı rəğbəti və ruhən yaxınlığı anlaşılandır. Kanadadakı erməni millətçi təşkilatlarının mərkəzi sayılan Kvebekdə doğulması onun da eynən erməni kimi böyüyüb formalaşmasına dərin təsirini göstərib. Bu mənada, fransız avantürizmi ilə erməni təxribatçılığının əcaib simbiozu kimi yetişən və xaraktercə təəssübkeşliyə meylli olan Melani Colinin bu gün ermənilərə simpatiya bəsləməsi təbiidir. Onun Qarabağdakı keçmiş erməni separatçı rejimini daim xüsusi canfəşanlıqla dəstəkləməsi də məhz burdan qaynaqlanırdı.
Əvvəllər Böyük Britaniyadan asılı olan, son illərdə isə ABŞ-ın forpostu kimi çıxış edən, öz müstəqil siyasəti olmayan Kanada kimi marionet bir dövlətin xarici işlər nazirinin Ermənistan kimi başqa bir marionet dövlətciyə qahmar çıxması və Azərbaycana qarşı çağırışları ilə gündəmə gəlməsi onun həqiqətən də siyasi “alət” olduğunu təsdiqləyir. Kanada özü də siyasi “alət”dir. Dövlət özü necədirsə naziri də elədir. Odur ki, normal siyasi fəaliyyətlə yox, siyasi fahişəliklə məşğul olan bu cür “mövsümi diplomat”ların Azərbaycanın əleyhinə səsləndirdikləri əsassız ittihamlar və təhdidlər demaqogiyadan başqa bir şey deyil. Biz bu cür sayıqlamalara, sərsəmləmələrə öyrəncəliyik. Erməni lobbisinin diktəsi ilə hərəkət edən belə siyasi avantüristlər aldıqları “çirkli” pulların əvəzini ikiqat misli ilə ödəmək üçün az qala dəridən-qabıqdan çıxırlar. Ona görə də anti-Azərbaycan “xor”una qoşulmaq Qərb siyasətçiləri arasında dəb halını alır. Ancaq rüşvət qalmaqallarına görə rüsvay olan bədnam ermənipərəst ABŞ senatoru Bob Menendezin aqibəti bütün ermənipərəst siyasətçilərə dərs olmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri