Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohaya işgüzar səfəri zamanı Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani və HƏMAS-ın siyasi bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.İctimai
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə QNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Qətər əmiri Fidanla danışıqlar zamanı mülki şəxslərə qarşı istənilən hücum formasını pisləyib, Fələstin-İsrail münaqişəsinin həllinə yönəlmiş səylərin vacibliyini vurğulayıb və Qəzza zolağının sakinlərinə yardım üçün humanitar dəhlizlərin açılmasına çağırıb.
Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun üzvü İzzət ər-Rişkanın Teleqram kanalında yaydığı xəbər görə, Fidan və Haniyə Qəzzadakı vəziyyətin inkişafını, İsrail təcavüzünə qarşı durmağın və Fələstin vətəndaşlarına kömək etməyin yollarını nəzərdən keçirib.
Comments are closed.