QHT rəhbərindən Qubadlı Şəhəri Günü haqda paylaşım

0

Günlərdən Qubadlı Günü! 

Bəli, bu gün o tarixi gündür – Qubadlı şəhərinin azadlığının növbəti ildönümü günüdür 

İctimai Rəy xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri, birinci Qarabağ müharibəsi qazisi Əlisahib Hüseynov Qubadlının işğaldan azad olunmasının ildönümü ilə bağlı fikirlərini şərh edərkən deyib.

“Qubadlı şəhərinin işğaldan azad olunmasından 3 il ötür. Qəhrəman əsgər və zabitlərimizin, qazilərimizin canı və qanı bahasına o torpaqlar düşmən tapdağından azad edilib. Müqəddəs şəhid qanı hopub o torpaqlara!
2020-ci il oktyabrın 25-də – Vətən müharibəsinin 29-cu günündə Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan qurtarıb. Elə həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qubadlı şəhərinin işğaldan azad olunduğunu elan edib.”

Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

“Biz sənin azad ediləcəyin günü ilərlə gözlədik və bu arzumuza qovuşduq. Azadlığının üçüncü ili mübarək, əziz Yurdum! Şəhər Günün qutlu olsun, doğma Qubadlım”, – deyə komitə sədri bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »