Ukraynanın yeni planı: Qış ruslar üçün çətin olacaq

Bu qış Ukrayna ordusu rusların arxa cəbhəsindəki komanda mərkəzlərinə, sursat anbarlarına və təchizat xətlərinə raketlərlə hücum etməyi planlaşdırır.

İctimai Rəy xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

Nəşrin məlumatına görə, ukraynalı hərbçilər bununla rusların döyüş qabiliyyətini aşağı salmaq istəyirlər:

“Xüsusilə, ABŞ-ın ATACMS raketləri Ukrayna ordusuna işğal olunmuş ərazilərdə düşmən mövqelərinə zərbə endirmək imkanı verir. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin cənubda hər kilometr irəliləməsi düşmən üçün yeni problemlər yaradır”, – məlumatda qeyd olunub.

Comments are closed.

Tərcümə »