“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
İctimai Rəy xəbər verir ki, “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə milli müdafiə naziri Yaşar Güler, Tacikistan müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təlfif olunması barədə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.




Comments are closed.