Digər ölkələrin İsrailə dəstək verməsi münaqişəyə yeni oyunçuların daxil olmasına səbəb ola bilər.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagiri Rusiya müdafiə naziri Sergey Şoyqu ilə söhbətində bildirib.
“Sionist rejimin (İsrail nəzərdə tutulur – red.) cinayətlərinin davam etməsi, ona digər dövlətlərin birbaşa dəstəyi və yardımı vəziyyəti çətinləşdirir və arenaya yeni oyunçuların daxil olmasına səbəb ola bilər”, – Bagiri vurğulayıb.