Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir. Bu barədə sözü gedən nazirlik videoçarx yayıb.
İctimai Rəy xəbər verir ki, Ölkə.az təlim görüntülərində hərbi texnikaların üzərində “!” (nida) işarəsinə diqqət yetirib.
Belə ki, “Ɐ” işarəsindən sonra bu epizod bir çoxlarının marağına səbəb olub.
Bəziləri “!” işarəsinin “Qarabağ Azərbaycandır və nida” mesajı kimi qiymətləndirsə də, fərqli fikirlər söyləyənlər də olub.
Hərbi texnikanın üzərində əks olunan “nida”ya belə şərh də verilib: “Bu o deməkdir ki, regionumuzda əsas bizik və dediyimiz kimi də olacaq!”.
“Bundan əvvəl hamının çox bəyəndiyi “universallığın kəmiyyət göstəricisi” (tərs “A”) işarəsi var idi. İndiki işarə isə “faktorial”dır”, – deyə bildirənlər də olub.
Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Anar Eyvazov News24.az-a açıqlamasında isə məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, bundan əvvəl də texnikaların üzərinə müxtəli işarələr vuurulub:
“Bildiyimiz kimi, bundan əvvəl də texnikaların üzərinə “Ɐ” işarəsi vurulmuşdu. Onun kimi “!” işarəsi sadəcə fərqlənmə nişanı kimi vurulur. Başqa heç bir mənası yoxdur…”