Xankəndidə ekshumasiya işləri aparılacaq

0

Növbəti mərhələdə Xankəndi və yaxın ərazilərdə ekshumasiya işlərinin aparılması planlaşdırılır.

İctimai Rəy xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinator Elif Güney Əskiköy qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O, ekshumasiya işlərinin bitməsi üçün Azərbaycana təxminən 10 il vaxt lazım olduğunu bildirib:

“İnsan skeletinin bütöv şəkildə çıxarılması laborator işlərin aparılmasına müsbət təsir edir. Heç bir DNT analizi 100 faiz nəticə verə bilməz. Əgər skelet bütöv halda çıxarılsa iki nümunə alınaraq nəticə əldə edilə bilər. Sümüklər dağınıq olduğu halda laborator araşdırmalar uzun vaxt ala bilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »