Yaxın saatlarda Hizbullah tərəfindən İsrailə qarşı qabaqlayıcı tədbirlər görülə bilər.
İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Hizbullah rəhbərliyi bütün mümkün variantlar və ssenarilərlə üz-üzədir. Onların hesablamalarında hər şey düzgün nəzərə alınıb və müqavimət liderləri sionist rejimin bölgədə hər hansı bir hərəkətə keçməsinə icazə verməyəcəklər. Yaxın saatlarda istənilən tədbir mümkündür”, – o bildirib.
Abdullahian qeyd edib ki, müqavimət liderləri siyasi həll şansı verəcəklərini vurğulayıblar:
“Lakin İsrailin mülki şəxslərə qarşı cinayətləri davam edərsə, istənilən addım mümkündür. Biz müharibənin miqyasını genişləndirməməyə çalışırıq, lakin İsrailin cinayətləri davam edərsə müqavimət cəbhəsi İsrailin coğrafi xəritəsini dəyişəcək”.