Blinken İsrailə görə ərəb ölkələrinə getdi

0

ABŞ Dövlət katibi Entoni Blinken İsrailin Qəzza zolağına ehtimal olunan genişmiqyaslı hücuma hazırlaşdığı bir vaxtda HƏMAS-a təzyiq göstərmək məqsədilə ərəb ölkələrinə səfərə başlayıb.

İctimai Rəy xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, Blinken Əmmanda İordaniya kralı II Abdulla, Fələstin Müxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşəcək, daha sonra Səudiyyə Ərəbistanı, Qətər, Misir və BƏƏ-yə yollanacaq.

Qeyd edək ki, Blinken ötən gün İsrailə səfər etmişdi.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »