Lavrovdan Ermənistanla bağlı AÇIQLAMA: Anti-Rusiya əhval-ruhiyyəsi…

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi süni şəkildə Qərbin maraqlarını təbliğ edən qeyri-hökumət təşkilatları vasitəsilə aşılanır.

İctimai Rəy REN TV-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, son illər Ermənistanda çoxlu sayda qeyri-hökumət təşkilatları yaradılıb.

“Bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Tam əksinə, onlar burada anti-Rusiya əhval-ruhiyyəsi üçün zəmin yaratmağa və Ermənistan vasitəsilə ABŞ, Avropa İttifaqı və NATO ölkələrinin regiondakı maraqlarının təşviqinə yönəlib”, – deyə Lavrov vurğulayıb.

Rusiya XİN başçısının sözlərinə görə, Qərbin Ermənistanı Rusiyaya qarşı yönəltmək cəhdləri müəyyən nəticələr verir.

Comments are closed.

Tərcümə »