İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən sonra qlobal qeyri-sabitliyin artması fonunda ABŞ “B–1B Lancer” strateji bombardmançı təyyarələrinin Britaniyadakı “Ferford” aviabazasına gəlməsi gözlənilir.
İctimai Rəy xəbər verir ki, bu barədə “Gloucestershire Live” məlumat yayıb.
Qeyd olunub ki, gələn təyyarələrin dəqiq sayı hələlik məlum deyil. Amerika bombardmançı təyyarələri artıq Texasdakı “Days” Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.
Nəşr qeyd edir ki, bir gün əvvəl Britaniyaya ezam olunmuş ABŞ Hərbi Hava Qüvvələrinin xidmət personalı uçuş-enmə zolağını təmizləyib.
Amerika bombardmançılarının Britaniyaya yerləşdirilməsini təsdiq edən mənbələr “B-1B”lərin “Ferford“a enməzdən əvvəl Yaxın Şərqdə güc nümayişində iştirak edə biləcəyini istisna etmir.
Comments are closed.