İsraildə Azərbaycan vətəndaşı həlak oldu – Rəsmi

İsraildə HƏMAS-ın hücumları nəticəsində Azərbaycanın bir vətəndaşı həlak olub.

İctimai Rəy xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olanlar arasında Azərbaycanda doğulmuş yəhudi əsilli şəxs də var.

A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

Comments are closed.

Tərcümə »