Hazırda Hizbullah İsrail-Livan sərhədini keçməyə çalışır. İsrail ordusu ilə Hizbullah arasında şiddətli döyüşlər gedir.
İctimairey.az xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntü paylaşılıb.
“Tayms of İsrail”in məlumatında isə bildirilir ki, Livanla sərhəddə yerləşən Ərəb əl-Aramşe kəndinin şimalında sirenlər səslənir.
İsrail ordusu cavab olaraq Livanda bir neçə obyekti vurub. Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.
Comments are closed.