ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ağ Evin sülh prosesinə dəstəyini müzakirə etmək üçün hazırda regiondadır.
İctimai Rəy xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.
“Bu səfərlər zamanı Bono əsas maraqlı tərəflərlə görüşür. Bono bazar ertəsi Bakıda olub, sonra İrəvana səfər edib. ABŞ-a qayıdarkən Paris və Brüsseldə dayanacaq”, – məlumatda qeyd olunub.
Bildirlib ki, bu, Lui Bonunun son aylarda regiona ikinci səfəridir.
Comments are closed.