Bakı razılıq verib, İrəvan isə… – Rusiya

Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların aparılması imkanını nəzərdən keçirir.

İctimai Rəy xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Bakı-İrəvan münaqişəsinin həlli ilə bağlı bütün məsələlər üzrə Rusiya, Azərbaycan və Ermənistan arasında dialoq heç vaxt kəsilməyib. Ümid edirik ki, belə təmaslar davam edəcək. Bu il oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində belə müzakirələrin aparılması imkanını nəzərdən keçiririk. Azərbaycan artıq prinsipial razılığını verib. Biz gözləyirik ki, Ermənistan da bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştiraka razı olacaq”, – diplomat bildirib.

Comments are closed.

Tərcümə »