Fransa prezidenti Emmanuel Makron ordumuzun Qarabağda apardığı lokal antiterror tədbirləri ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqinin əks nəticə verəcəyini bildirib.
İctimai Rəy xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində deyib.
Onun fikrincə, Bakı ilə dialoqu davam etdirmək lazımdır.
Makron əsas problem kimi iki ölkə sərhədində humanitar vəziyyəti göstərib.
Onun sözlərinə görə, İrəvana yardım elə göstərilməlidir ki, sabitliyi pozmasın.
O, Prezident İlham Əliyevin danışıqlara cəlb edilməsi istiqamətində səylərin davam etdirilməsinin vacib olduğunu bildirib:
“Düşünürəm ki, indi sanksiyaların vaxtı deyil, çünki əks effekt verəcək” \\musavat\\
Comments are closed.