Almaniya 6 ölkə ilə HƏRƏKƏTƏ KEÇİR

Almaniya hökuməti Avropa Birliyindən kənar 6 ölkə ilə qeyri-qanuni miqrantların öz vətənlərinə sürətlə qayıtmasını nəzərdə tutan “miqrasiya tərəfdaşlığı” ilə bağlı danışıqlar aparır.

İctimai Rəy xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Gürcüstan, Moldova, Keniya, Kolumbiya, Özbəkistan və Qırğızıstanla danışıqlar davam edir.

Məlumata görə, Berlin qeyri-qanuni qaçqınların sayını azaltmağı və eyni zamanda Almaniyaya qanuni immiqrasiya üçün imkanlar yaratmağı hədəfləyir.

Qeyd olunub ki, iki Mərkəzi Asiya ölkəsi ilə danışıqlarda xeyli irəliləyiş əldə edilib. Mayın əvvəlində isə Berlin Özbəkistanla, sentyabrın sonunda isə Qırğızıstanla anlaşma memorandumu imzalayıb.

Bildirilib ki, Almaniyada rədd edilən sığınacaq müraciətlərinin on faizindən çoxu Gürcüstan və Moldova vətəndaşlarına aiddir.

Comments are closed.

Tərcümə »