Rusiya və Türkiyə rəsmiləri Ankarada görüşəcək

0

Cümə axşamı Ankarada Rusiya ilə Türkiyə arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

İctimai Rəy xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Türkiyə xarici işlər nazirinin müavini və AB-dəki daimi nümayəndəliyin rəhbəri Mehmet Bozay cümə axşamı Ankarada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin ilə beynəlxalq iqtisadi təşkilatlarla bağlı siyasi məsləhətləşmələr aparacaq”, – məlumatda deyilir.

Qeyd olunur ki, ilk növbədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı fəaliyyət müzakirə olunacaq.\\axar.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »