Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı – Foto

0

Xəbər verdiyimiz kimi, ötən gecə millət vəkili Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

İctimai Rəy xəbər verir ki, hazırda mərhumla Heydər Məscidində vida mərasimi keçirilir.

Vida mərasimində millət vəkilləri, mərhumun yaxınları, dövlət rəsmiləri iştirak edir.

Xatırladaq ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

***

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

Hazırda mərhumun cənazəsi dəfn olunması üçün ll Fəxri Xiyabana aparılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »