Separatçı rejimin yanvarin 1-ə qədər özünü buraxmağı önəmli hadisədir

0

Qondarma “DQR”in yeni “prezident”i Samvel Şahramanyanın bu gün imzaladığı “fərman”la separatçı rejimin yanvarın 1-nə qədər özünü buraxacağını elan etməsi həqiqətən də günün ən önəmli hadisəsidir. Bu hadisə 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizin işğaldan azad edilməsi və cəmi bir gün davam edən antiterror tədbirlərinin uğurla yekunlaşmasının sonucu olaraq dövlət suverenliyimizin tam bərpa edilməsinin məntiqi nəticəsidir.

Bu hadisə eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün siyasətinin, qətiyyətli mübarizəsinin, mükəmməl diplomatik səylərinin nəticəsidir. Prezident İlham Əliyevin separatçılığa qarşı davamlı, barışmaz mövqeyi və onun hər zaman “Biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt yol verməyəcəyik” imperativindən çıxış etməsi sonda öz müsbət nəticəsini verdi.

Budur, Azərbaycanın Qarabağ iqtisadi bölgəsində 30 ildən çox davam edən erməni separatizmi artıq tarixə qovuşur. Azərbaycanın güc strukturları hazırda Qarabağda silahların müsadirə edilməsi, Azərbaycan yurisdiksiyasının bərpası istiqamətində olduqca önəmli işlər görürlər. Biz Müzəffər Ali Baş Komandanımızı, qəhrəman hərbçilərimizi və bütün xalqmızı erməni təcavüzkarlığı və separatçılığı üzərində tarixi Qələbəmiz münasibətilə təbrik edirik. Allah millətimizə və dövlətimizə bütün böyük hədəflərimizə çatmağı nəsib eləsin!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »