Metaxe Akopyan: “İnsanlar artıq “artsax”ın olmadığına inana bilmirlər”

0

Qarabağın müxtəlif kəndlərindən olan minlərlə insan indi Xankəndidədir, zirzəmilərdə və maşınlarda gecələyiblər.

İctimai Rəy erməni mediasına istinadən bildirir ki, bunu keçmiş separatçı qurumun oyuncaq “parlament”inin üzvü Metaxe Akopyan Ermənistan mediasına müsahibəsində deyib. “İşıq yoxdur, su yoxdur, çünki bir çox yerlərdə su təchizatı elektrik enerjisinə qoşulub. Hazırda suyun verilməsi qismən bərpa olunub. Yemək yoxdur, amma bu sakinlər üçün o qədər də vacib deyil, çünki insanlar “artsax”ın artıq olmadığına inana bilmirlər. Çoxlu itkin düşmüş ailələr, uşaqlar var, insanlar bir-birini itirib və onları tapmaq mümkün deyil”, – Metaxe Akopyan ardınca bildirib.

O bildirib ki, insanlar küçədə və ya mənzilin eyvanında yemək bişirmək üçün ocaq qalayırlar.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »