Əliyevlə Putin danışdı: sülhməramlıların həlak olması, Yevlax görüşü və

0

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Kreml məlumat yayıb. Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib.

Yevlaxda Azərbaycan Prezidentinin nümayəndəsi və Qarabağın erməni icmasının təmsilçiləri arasındakı danışıqlar müsbət əhval ruhiyyədə keçib. Bunu Rusiya-Türkiyə Sülhməramlı Mərkəzində Rusiyanın nümayəndələri bildirib.

Onlar Yevlaxdakı danışıqlarda müsbət əhval-ruhiyyənin olduğunu, sülhməramlıların işinə heç kimin müdaxilə etmədiyini, Azərbaycan tərəfi ilə sıx qarşılıqlı əlaqənin olduğunu qeyd ediblər.

Rusiya sülhməramlılarının nümayəndələrindən biri RİA-ya bildirib: “Biz Azərbaycan və Türkiyə tərəfləri ilə sıx əməkdaşlıq edirik. Bizim işimizə heç kim əngəl yaratmır, əksinə, hamı maksimum köməklik göstərir, tərəflər yaxşı münasibət göstərirlər. Tam qarşılıqlı anlaşma və qarşılıqlı yardım var”.

Qarabağ ermənilərinin nümayəndəsi Yevlax görüşündən sonra bildirdi ki, Bakı ilə yekun razılaşma yoxdur, detalları razılaşdırmaq lazımdır.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »