Azərbaycan 2024-2026 illərdə Asiya Parlament Assambleyasına sədrlik edəcək

0

Azərbaycan 2024-2026 illər üçün Asiya Parlament Assambleyasının (APA) sədrliyinə namizədliyini irəli sürüb.

İctimairəy.az-ın məlumatına görə, bu barədə Milli Məclisdə Asiya Parlament Assambleyası Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclasında Assambleyanın Baş katibi Muhammed Reza Majidi deyib.

Baş katib Azərbaycanın namizədlik təşəbbüsünü yüksək qiymətləndirərək, uğurlar arzulayıb.

“Biz Azərbaycanın bu təşəbbüsünü dəstəkləyirik. Mən üzv ölkələrə Azərbaycanı dəstəkləmək üçün müraciət edirəm”.

M.Rza qeyd edib ki, Azərbaycan Milli Məclisinin APA-ya yüksək sədrlik edəcəyinə əmindir: “Biz uğurla fəaliyyət göstərəcəyik”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »