Türkiyəli diplomat Azərbaycanın antiterror tədbirlərini dəstəkləyib

0

“Azərbaycan tarixin və gələcəyin çağırışlarına cavab verir”.

“Report” xəbər verir ki, bunu türkiyəli diplomat, Türkiyə xarici işlər nazirinin keçmiş müavini Ümit Yardım Azərbaycan Ordusunun Qarabağdakı antiterror tədbirlərindən bəhs edərək “X”-də yazıb.

O bildirib ki, başqa yol yoxdur: “Fransa ermənilərə öz ölkəsində müstəqillik verə bilər. Amma Azərbaycan öz ərazisində buna imkan verməyəcək. Qarabağ erməniləri bərabər hüquqlarla Azərbaycan vətəndaşı olaraq yaşayacaqlar”.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »