Səbrin bitdiyi gün: sonuncu terrorçu təslim olana qədər davam…

0

Bir gündə erməni diversiya qruplarının törətdiyi mina terroru nəticəsində 7 polis və iki mülkü şəxsin həlak olması Azərbaycanın səbrini daşırdı-antiterror əməliyyatı mülkü erməniləri deyil, ölkəmizə düşmən kəsilən silahlıları və onların istehkamlarını məhv edir; Türkiyədən tam dəstək gəldi, Rusiyanın reaksiyası…

Azərbaycanın davamlı çağırışlarına və addımlarına baxmayaraq, işğalçı Ermənistan və onun Qarabağdakı tör-töküntüləri vəziyyəti gərginləşdirmək istiqamətində növbəti xain terrora əl atdılar.

Xəbər verdiyimiz kimi, ötən gecə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi əraziyə gedən polis əməkdaşları – 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu ermənilərin yerləşdirdiyi minaya düşərək şəhid olublar. Füzuli rayonu ərazisində DİN-in yük avtomobilinin aşması nəticəsində üç polis əməkdaşı hadisə yerində həyatını itirib, 6-sı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu terror aktının yüklərin daşınması üçün Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı humanist addımından sonra törədilməsi ondan xəbər verir ki, erməni terrorçuları və onların himayədarları reinteqrasiya prosesinin başlanacağından ehtiyatlandığı üçün qanlı yola əl atmağı məqbul saydılar. Azərbaycanın günahsız insanlarına qarşı terror aktları xalqımızda qəzəb hissi doğurub və dövlətimizin hiddətinə səbəb olub. Təbii ki, bütün bunlar Azərbaycan dövləti tərəfindən sərt reaksiyaya səbəb olmalıydı. Odur ki, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı barədə açıqlama yaydı. Məlumatda bildirilir: “Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub”. Məlumatda bildirilib ki, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib.

Ermənilər Şuşa yoluna mina basdırdı, 4 Azərbaycan polisi şəhid oldu … -  Rəsmi detallar

“Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”. Açıqlamada bildirilib ki, tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. “Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb”, – nazirlikdən qeyd olunub.

Antiterror əməliyyatı ilk gün: erməni mövqeləri darmadağın edilir

Gün ərzində separatçı-terrorçu rejimin qanunsuz hərbi birləşmələri, həmçinin Ermənistanın Azərbaycan ərazisində qalmış hərbi texnika və şəxsi heyəti nöqtəli zərbələrlə darmadağın edilib.

Azərbaycanın Qarabağda əməliyyatı: 5 suala cavabda - BBC News Azərbaycanca

Azərbaycanın Qarabağ bölgəsində Kərkicahan-Xəlfəli yolunda (Ağdərə) Ermənistan Silahlı Qüvvələrinin postu dağıdılıb. Musavat.com xəbər verir ki, bu barədə görüntüləri “Caliber” yayıb.

Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Teleqram kanalları isə Azərbaycan Ordusunun düşmənin dördüncü separatçı snayper briqadasını məhv etdiyini xəbər verib. Eyni zamanda son aylarda erməni terrorçularının Rusiya hərbi komntingentinin müşayiəti ilə silah-sursat daşıdığı Xəlfəli-Xankəndi yolundakı postu darmadağın edilib.

Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatlarına başladı-RƏSMİ

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus radiolokasiya stansiyası məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sentyabrın 19-u Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

“Azərbaycan dövləti” mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Qeyd edilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Ermənistan Silahlı Qüvvələrinin Xankəndi şəhərindəki elektron döyüş alayı hədəfli zərbə nəticəsində məhv edilib. Musavat.com xəbər verir ki, bu barədə görüntüləri “Caliber” yayıb.

Bir gündə erməni diversiya qruplarının törətdiyi mina terroru nəticəsində 7 polis və iki mülkü şəxsin həlak olması Azərbaycanın səbrini daşırdı-antiterror əməliyyatı mülkü erməniləri deyil, ölkəmizə düşmən kəsilən silahlıların və onların istehkamlarını məhv edir; Türkiyədən tam dəstək gəldi, Rusiyanın reaksiyası…

İrəvanın sonuncu ümidi də basdırılır - ABŞ-dan “U gedişi”

Azərbaycan Xarici İşlər Nazirliyi də durumla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. “Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır” – XİN bəyan edib. Bildirilib ki, görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur: “Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”.

Erməni əhaliyə müraciət 

Azərbaycan Müdafiə Nazirliyi daha bir zəruri açıqlama ilə çıxış edib. Bildirilib ki, tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. “Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”, – açıqlamada deyilir.

Beynəlxalq reaksiyalar  

Avropa İttifaqı növbəti dəfə Bakı ilə Xankəndini danışıqlara çağırmaqla anormal davranış nümayiş etdirib. Baş verənlərə Rusiyadan da reaksiya gəlib. “Problemi həll etmək üçün nə etmək lazım olduğunu bilirik”. Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanın baş nazirinin Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda tapşırığın öhdəsindən gəlməməsi barədə bəyanatını XİN-in necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən bildirib. O qeyd edib ki, problemi həll etmək üçün razılaşdırılmış işləri yerinə yetirmək, gərginləşdirməmək, onu sakitləşdirmək və həll etmək üçün çalışmaq, götürülən öhdəliklərin yerinə yetirilməsi baxımından məsuliyyətli olmaq lazımdır.

Onun sözlərinə görə, Rusiya tərəfində vasitəçi qismində danışıqlar prosesində iştirak edən hər kəs bundan danışır: “Biz İrəvandan fərqli bəyanatlar gördük, məsələn, Ermənistanın yeni baş naziri 2020-ci il oktyabrın 7-də bəyan etdi: “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz və heç vaxt olmayacaq, bu, artıq istisna edilib, 100 faiz”. Sonra başqa bir şey dedi”.

Antiterror əməliyyatı başlayır, qorxuya düşən Arik xəbər göndərdi: Bakı ilə  dialoqa hazırıq

Qardaş Türkiyə: “Qarabağ türkündür, türkün olacaq!”

Qardaş Türkiyə növbəti dəfə Azərbaycanın yanında olduğunu bəyan edib. Sentyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub. Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb. Cənab Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib. “Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”. “Qarabağ yalnız Azərbaycanın deyil, türkündür, türkün olacaq!” Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı siyasi təşkilatın toplantısında bildirib. Partiya lideri vurğulayıb ki, Ermənistan odla oynamamalıdır.

Paşinyan və separatçı lider təlaşda  

Nikol Paşinyan hökuməti səhər saatlarında Qarabağda Ermənistan qoşunu olmadığını bəyan etsə də, sonradan İrəvandakı etirazların ardınca fərqli mövqedən çıxış etməyə başlayıb. Təhlükəsizlik Şurasının iclasını çağıran, xalqa müraciət ünvanlayan Paşinyan yenə də sərsəm iddialarla çıxış edib. Heç şübhəsiz, İrəvandakı mer seçkilərini uduzan N.Paşinyan indi daha çox öz kürsüsünü qorumağa çalışır, ona görə də “sülhməramlı” görünməyə çalışarkən qəfildən radikallaşır.

Separatçıların lideri Samvel Şahramanyanın Qarabağdan qaçmağı planlaşdırdığı barədə məlumat yayılıb. Rusiyanın Qarabağdakı canişini Ruben Vardanyan isə zirzəmidə gizləndiyini etiraf edib. Ermənilər etiraf edirlər ki, Azərbaycan Ordusu 44 günlük müharibədə olduğu kimi zərbələr endirir.

Vəziyyətin bu həddə gəlməsində erməni separatçı-terrorçu dəstələrin, xunta rejiminin günahkar olduğunu bəzi normal düşüncəli ermənilər də etiraf edir. “Bakı iki dəfə danışmağa dəvət etdi, amma qəbul etmədilər. Humanitar yardım təklif etdi, onu da qəbul etmədilər. Ən yaxşı şərtlərlə inteqrasiya təklif etdi, lakin yenə də qəbul etmədilər”. Bunu erməni bloger İşxan Verdyan Teleqram kanalında yazıb. “Onlar bombaları qəbul edəcəklər. Daşnaklar ancaq bombanın dilini başa düşürlər. Bəli, əslində ancaq bomba dilində də danışırlar”, – o bildirib

Bakı kapitulyasiya aktından çıxa bilər - “Azərbaycanın 2 yolu var...”

Ermənilərin Azərbaycanın guya mülki əhalini hədəfə alması barədə saxta məlumatlarına Azərbaycan Müdafiə Nazirliyindən cavab verilib. “Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır”, – nazirlik bəyan edib. “Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – nazirlikdən qeyd olunub.

Siyasi partiyalardan dövlətə tam dəstək 

Siyasi partiyalar Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə dəstək bəyanatı qəbul ediblər. “Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi bu şərəfli işdə də həmrəyliyə, Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq”, –  deyə bəyanatda bildirilir.

Ordumuz antiterror tədbirlərini davam etdirir.

Analitika

Dövlətimizə, Ordumuza, Ali Baş Komandanımıza inanır, güvənirik!

(musavat.com)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »