“Tasnim News” keçmiş siyasi məhbus və tələbə Leyla Hüseynzadənin dissertasiyasının müdafiə iclasındakı çıxışının sosial şəbəkələrdə yayımladığı videosunu yenidən dərc edərək, Tehran Universitetinin Seyid Cəfər Pişəvərinin və Qazi Məhəmmədin adının hallanmasına görə sərt tənqid edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Sosial şəbəkələrdə paylaşılmış video görüntülərə əsasən, Leyla Azərbaycan Demokrat Firqəsinin rəhbəri və Azərbaycan Milli Hökumətinin ilk Baş naziri Seyid Cəfər Pişəvərinin və Mahabad Muxtar Hökumətinin banisi Qazi Məhəmmədin adını çəkir.
Lakin qeyd edək ki, onun dissertasiya mövzusu “İranın müasir şəhərlərində Milli və Etnik Kimlik, tipik olaraq Nəğədə (Sulduz) şəhəri üzrə tədqiqat” başlığı ilə qeyd edilir.
Xatırladaq ki, Nəğədə şəhəri tarixi adı ilə desək, Güney Azərbaycanın Sulduz şəhəridir.