“Haber Global”: Antiterror əməliyyatı Zəngəzur dəhlizinin kilidini açır – VİDEO

0

“Zəngəzur tarixi baxımından Azərbaycan və bütün türk dünyasının ayrılmaz parçası olub”.

Bu sözləri Türkiyənin “Haber Global” telekanalında qonaq qismində çıxış edən ekspert Güngör Yavuzarslan deyib.

Verilişdə Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlər müzakirə olunub, həmçinin Zəngəzur dəhlizinin tarixi və iqtisadi önəmi vurğulanıb.

Verilişdə çıxış edən ekspert bildirib ki, Atatürk hələ 100 il əvvəl Naxçıvanla Türkiyə arasında bir sərhəd qurmaq üçün İranla torpaq mübadiləsi edib və bununla da 13 kilometrlik sərhəd xətti açılıb.

“Türkiyə ilə fiziki əlaqə yaradan bu ərazinin mövcudluğu istər türk dünyası, istərsə də Azərbaycan üçün çox önəmlidir”, – deyə ekspert vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »