Bu, Vətənə xəyanətdir! – Şübhəli profillərlə kontakta girməyin

0

Hər zamankından daha diqqətli və ayıq olmalıyıq!

Hazırda Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar olaraq düşmən maksimum dərəcədə bilgi çirkliliyi yaratmağa, müxtəlif məzmunlu dezinformasiyalar vasitəsilə informasiya məkanımıza müdaxilə etməyə çalışacaq. Bu mənada hər birimizin üzərinə məsuliyyət düşür.

O zaman vətəndaş olaraq nələrə diqqət etməli, nə etməliyik?

1. Yalnız rəsmi xəbər qaynaqlarının paylaşdığı informasiyalara etimad etməliyik. Yəni Müdafiə Nazirliyinin yaydığı məlumatları izləməli, paylaşmalıyıq.

2. Sosial mediada qaynağı göstərilməyən, dezinformasiya və ya manipulyativ xarakterli kontent paylaşan səhifələri şikayət etməliyik. Umutmayın: düşmən xüsusi xidmət orqanlarında bizim ana dilimizdə sərbəst yazan və danışan xüsusi qruplar var. Onların hədəfi çaşqınlıq, inamsızlıq və panika yaratmaq, bizi şübhəyə salmaqdır. Bu qruplar ana dilimizdə müxtəlif məzmunlu səhifə və profillər yaradıblar.

3. Heç bir halda ordumuzla bağlı video və foto görsəllər paylaşılmamalıdır! İstənilən görsəl kontent vasitəsilə müxtəlif proqramlardan istifadə etməklə lokasiyaları müəyyənləşdirmək, hansı sayda canlı qüvvə və hərbi texnikanın hansı istiqamətdə yerdəyişmə etdiyini bilmək mümkündür. Bunu etməklə siz düşmən kəşfiyyatına ordumuzla bağlı dövlət sirri olan məlumatları təqdim etmiş olursunuz. Bu isə Vətənə xəyanətdir!!!

4. Sosial media alətlərində sizi dialoqa çəkməyə çalışan şübhəli profillərlə kontakta girməyin! Adətən belə həssas vaxtlarda düşmən xüsusi xidmət orqanları feyk profillər vasitəsilə qarşı tərəflə əlaqə qurmaqla ondan daxildəki əhval-ruhiyyə və baş verənlərlə bağlı ümumi bilgilər almağa, hətta imkan tapan kimi əməkdaşlığa cəlb etməyə çalışırlar. Bu zaman dəyərlər və qırmızı cizgilərlə manipulyasiya etməkdən də çəkinmirlər. Diqqətli olmalıyıq.

5. Düşmən tərəfinin və ona dəstək verən bəzi ölkələrin xüsusi xidmət orqanları vasitəsilə örtük məqsədilə yaradılmış, əsas hədəfi media məkanımıza dezinformasiyalar sızdırmaq olan şübhəli sayt və informasiya resurslarına inanmamalı, belə resurslarla rastlaşdığımız zaman müvafiq dövlət instansiyalarına – DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi – məlumat verməliyik!

Və ən əsası, yaşından, status və peşəsindən asılı olmayaraq unutmamalıyıq: Bizim hər birimiz dövlətimiz və xalqımız qarşısında məsuliyyət daşıyırıq!

Qadir Mövlam ordumuzu qorusun!

Haqq bizik, Haqq bizdədir, HAQQ bizimlədir!

Qarabağ Azərbaycandır!!!

vuqar ziferoglu.jpg (212 KB)

Vüqar Zifəroğlu, Yaxın Şərq ölkələri üzrə ekspert

Leave A Reply

Your email address will not be published.

Tərcümə »