Britaniyadan Bakıya Xankəndi təbriki

0

“Azərbaycanın Xankəndində yerləşən qeyri-qanuni erməni dəstələrinin qalıqları ilə münaqişədə qələbə qazandığını oxuyanda hədsiz dərəcədə sevindim”.

Bu sözləri Musavat.com-a açıqlamasında Böyük Britaniyada yaşayan jurnalist-politoloq Neil Vatson deyib. Vatson Azərbaycanın apardığı lokal antiterror tədbirləri zamanı mülki əhali arasında itkinin olmamasını yüksək qiymətləndirib:

“Bildiyim qədər Azərbaycanın mükəmməl şəkildə apardığı antiterror tədbiri sayəsində, mənim bildiyimə görə, mülki əhali arasında itki olmayıb. Hesab edirəm ki, Xankəndindəki qeyri-qanuni rejimin ləğvi davamlı sülhə nail olmaq yolunda maneəyə son qoydu.

Azərbaycanın artıq Qarabağ erməniləri ilə Yevlaxda reinteqrasiya ilə bağlı görüş keçirmək haqda verdiyi təklif humanitar mövqedən xəbər verir.

Mən bütün azərbaycanlıları, Prezident İlham Əliyevi təbrik edir, həlak olan şəhidlərin ailələrinə başsağlığı verirəm”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »