Brenda Şaffer: “Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?”

0

“Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?”

Bunu ABŞ Hərbi-Dəniz Donanması Ali Məktəbinin müəllimi, xarici siyasət üzrə ekspert Brenda Şaffer “X” sosial şəbəkəsindəki səhifəsində postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı ölkə mediası və beyin mərkəzlərinin qeyri-ardıcıl mövqeyini şərh edərək yazıb.

“Ukrayna öz ərazisində Rusiya qoşunlarına qarşı mübarizə aparanda KİV-in reaksiyası belə olur: “Yaşasın Ukrayna!”. Gürcüstanda oxşar münaqişədə isə “İrəli, Gürcüstan” yazırlar.

Ancaq Azərbaycan 10 min erməni qoşununu öz ərazisindən çıxarılmasını təmin etmək istəyəndə bu addım bəyənilmir, reaksiya belə olur: “Azərbaycanı dayandırmaq lazımdır”.

Brenda Şaffer şərhində ABŞ səlahiyyətlilərinin qeyri-müəyyən cavabını şübhə altına alaraq yazıb: “Təsəvvür edirsinizmi, ABŞ dövlət katibi Antoni Blinken Ukraynaya zəng edir, Kiyevdən Krım və ya Donetskdə terrorçulara qarşı hərbi addım atmamağı xahiş edir? Birləşmiş Ştatlar Azərbaycan məsələsi istisna olmaqla, ərazi bütövlüyü prinsipini dəstəkləyir”. (Report)

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »