Amerikalı mütəxəssislər COVID-19-a yoluxma ilə bağlı növbəti dəfə xəbərdarlıq ediblər.
“Report” xəbər verir ki, onların fikrincə, COVID-19-un yeni növünü soyuqdəymə və allergiyadan fərqləndirmək çətindir. Ekspertlər düşünürlər ki, bu xəstəliklərin oxşarlıqları çoxdur.
Həkimlər COVID-19-un son vaxtlar yüngül keçdiyini söyləyirlər. Onlar iddia edirlər ki, yoluxmanı öyrənməyin yeganə yolu test verməkdir: “Əsas simptomlar burun tutulması, asqırmaq, yüngül boğaz ağrısıdır. COVID-19 qızdırmaya, baş ağrısına, yorğunluğa, öskürəyə səbəb ola bilər. Lakin bu əlamətlərə getdikcə daha az rast gəlinir”.
ABŞ-ın elan etdiyi statistikaya görə, ölkədə yoluxma artsa da, ölüm hallarında azalma müşahidə olunur.