Altay diyarının sakini Rusiya hərbçiləri üçün nəzərdə tutulan suyu zəhərləyib.
İctimai Rəy Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə FTX-nin bölgə üzrə mətbuat xidməti məlumat yayıb, cinayət işinin açıldığını, müttəhimə qarşı ittiham irəli sürüldüyünü bildirib.
“O, Ukrayna vətəndaşları ilə əlaqə saxlayıb, onlarla ünsiyyətdə Rusiya Federasiyasının siyasi kursu və Ukrayna silahlı qüvvələrini dəstəkləməyə hazır olduğu barədə radikal fikirlər söyləməyə başlayıb. Həmin şəxs niyyətinin sübutu kimi səfərbər olan hərbi qulluqçular üçün nəzərdə tutulan suyu zəhərləyib. O, Ukrayna nümayəndələrinə göndərdiyi bütün prosesi lentə alıb”, – mətbuat xidməti bildirib.
İdarədən bildirilib ki, cavabdehin 42 yaşı var və Barnaulda yaşayırmış. Bu şəxsə qarşı dövlətə xəyanət və terror aktına cəhd ittihamları irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.