“Stepanakertdən (Xankəndi – red.) aldığım məlumata görə, Azərbaycan hərbçiləri müdafiə xəttini yarıb, Xocavənd və Əsgəran istiqamətində irəliləyiblər”.
İctimai Rəy Teleqramın erməni seqmentinə istinadən xəbər verir ki, bunu Qarabağın radikal jurnalisti Tatul Akopyan deyib.
O, qondarma hakimiyyəti danışıqlara səsləyib:
“Hörmətli “hakimiyyət”, danışıqlara girin və soydaşlarımızı xilas edin, qərar verməkdən çəkinməyin. Gedin Azərbaycanla danışıq aparın”. (Musavat.com)