6 ölkədən ermənilərin Azərbaycana qarşı mina terroruna REAKSİYA

0

Dünyanın kütləvi informasiya vasitələrində Azərbaycan ərazilərində Ermənistanın mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olmasına diqqət cəlb edilib.

İsrailin “Jewish Press”, Fransanın “La Gazette”, Türkiyənin “Didim Postası”, İordaniyanın “Nayrouz.com”, Yaponiyanın “ajmedia.jp”, Gürcüstanın qəzet və portallarında azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb.

Nəzərə çatdırılıb ki, rəsmi Bakı erməni diversiya qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının – dörd polis əməkdaşının və iki mülki şəxsin həlak olmasına səbəb olduğunu bəyan edib. Azərbaycanın hüquq-mühafizə orqanlarının baş vermiş insidenti terror aktı adlandırdığı və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorçuluq maddəsi üzrə cinayət işi başlandığı vurğulanıb.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək Qarabağ iqtisadi ərasizindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ordumuzun sentyabrın 19-da Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində antiterror əməliyyatına başladığı bildirilib.

https://www.jewishpress.com/news/middle-east/azerbaijan/azerbaijan-on-the-war-path-again-in-nagorno-karabakh/2023/09/19/

بيان وزارة خارجية جمهورية أذربيجان بشأن تدابير الرد على استفزازات القوات المسلحة الأرمينية المتمركزة بشكل غير قانوني في منطقة كاراباخ بجمهورية أذربيجان :: وكالة نيروز الاخبارية nayrouz.com

https://ajmedia.jp/%e5%a4%96%e5%8b%99%e7%9c%81%ef%bc%9a%e3%82%a2%e3%83%ab%e3%83%a1%e3%83%8b%e3%82%a2%e3%81%af%e5%86%8d%e3%81%b3%e3%80%81%e9%a0%98%e6%9c%89%e6%a8%a9%e3%82%92%e4%b8%bb%e5%bc%b5%e3%81%97%e7%b6%9a%e3%81%91/

https://www.didimpostasi.com/azerbaycan-savunma-bakanligi-duyurdu/23289/?fbclid=IwAR1uxxohBsEB9mUXgMDoxLuHtTN4SIU1pMxrxadCkEuIOWs8q4HIzzvfZPs

https://www.lagazetteaz.fr/news/international/13432.html

(musavat.com)

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »