Yalnız legitim hərbi hədəflər sıradan çıxarılır! – RƏSMİ

0

Müdafiə Nazirliyi sentybarın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

İctimai Rəy xəbər verir ki, tədbirlərin məqsədi Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Müdafiə Nazirliyi bəyan edib ki, bu tədbirlər yalnız hərbi hədəflərə yönəlib.

“Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – Nazirlik bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »