Rusiyada qiyam yetişir, kimsə mane ola bilməyəcək – Danilov

0

Rusiya ərazisində qiyam yetişir.

İctimai Rəy xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

Onun sözlərinə görə, proses artıq başlayıb və o, Rusiyanın parçalanmasına gətirib çıxarmalıdır.

“Düşünürəm ki, bu, artıq yürüş olmayacaq. 1991-ci ilin avqustunda SSRİ-nin dağılmasının necə baş verdiyini xatırlayaq. 1991-ci ildə olduğu kimi, “QKÇP qrupu” artıq orda da yetişməkdədir və onlar orada toplaşıblar, bu, məlum faktdır. Və bunun kimin əlində olduğunu, necə baş verdiyini başa düşürük. Deyə bilərəm ki, heç kim buna təsir göstərə bilməyəcək, Rusiya parçalanmağa məcbur olacaq və bu bizim həyatımızda mütləq olacaq. Və heç bir qüvvə buna mane ola bilməz, çünki bu, tarixi prosesdir”, – Danilov bildirib.

Danilov bildirib ki, bu proseslərə təsir edəcək amillərdən biri də Çeçenistan rəhbəri Ramzan Kadırovun ağır xəstəliyidir, o, yəqin ki, komadadır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »