Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb.
İctimai Rəy xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin bəyanatında deyilir: “Təhlükəsizlik Şurasının iclası baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. İclasın gündəliyində Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı irimiqyaslı hərbi əməliyyatlar müzakirə olunur”.