Xankəndiyə növbəti yardım bu şəhərdən göndəriləcək

0

Qarabağın erməni icması üçün humanitar yardımın növbəti partiyası bir neçə gündən sonra Laçın və Ağdam marşrutu ilə Rostovdan çatdırılacaq.

İctimai Rəy xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb.

Məlumata görə, sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlıları ilə əldə olunmuş razılaşmaya əsasən, Laçın yolu vasitəsilə Ermənistan istehsalı olan 23 ton un daşınıb.

Ağdan yolu ilə isə xarici istehsal olan tibbi və gigiyenik vasitələr göndərilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »