Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan Mərkəzi Asiya regionu üçün vazkeçilməz bir ölkədir

0

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri adından da göründüyü kimi məhz sözügedən regionun beş dövlətinin liderlərinin ənənəvi sammiti kimi nəzərdə tutulub. Lakin həmin liderlər budəfə formatı genişləndirərək Azərbaycanın da bu sammitə dəvət olunmasına qərar verdilər. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 14-də Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması və iştirak etməsi region ölkələrinin Azərbaycanla əməkdaşlığa həqiqətən də böyük önəm verdiklərini nümayiş etdirir.

Onu da qeyd etməliyik ki, İlham Əliyevin timsalında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə ilk dəfədir ki, regiondankənar bir ölkənin rəhbəri iştirak edirdi. Bundan əvvəl heç bir dövlət başçısına belə bir xüsusi dəvət göndərilməyib. Bu da Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan Mərkəzi Asiya regionu üçün vazkeçilməz bir ölkə, etibarlı tərəfdaş olmasından irəli gəlir.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dünyanın geosiyasi mənzərəsi deyil, geoiqtisadi reallıqları da kökündən dəyişib. İndi Avropa ilə Asiya arasında daşımalar üçün Azərbaycanın artan tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün olduqca vacib əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verdiyi kimi, Mərkəzi Asiya ölkələri üçün də iqtisadi nəfəslik və yaxud, körpü rolunu oynayır. Başqa sözlə desək, hazırda Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa, haba çevrilməkdədir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »