TƏCİLİ! “Döyüşlər Qazax və Naxçıvandakı anklavlar uğrunda gedəcək”

0

Ermənistanla Azərbaycan arasında gərginlik yenidən pik həddə şatıb. Bir çox ekspertlərin fikrincə, növbəti hərbi əməliyyatların başlanması qaçılmazdır. Bəziləri əməliyyatın Xankəndi uğrunda gedəcəyini iddia edir.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov fərqli ssenarinin də mümkünlüyündən söz açıb. Müsahibimiz xatırladıb ki, hazırda Xankəndi və ətraf ərazilər müvəqqəti olaraq rus sülhməramlılarının nəzarəti altındadır və bu baxımdan, indiki məqamda biz hərbi gərginlikdən çəkinməliyik:

“Həmçinin, ərazidə mülki erməni vətəndaşları var. Bu məqam da ehtimal edilən hərbi əməliyyatlarda çətinliklərə səbəb ola bilər. Görünən odur ki, rəsmi Bakı Xankəndi ilə bağlı məsələni siyasi yolla həll etməyə çalışır. Reinteqrasiya ilə bağlı təşəbbüslər də buna hesablanıb. Amma bu, hərbi əməliyyatların başlanmaması demək deyil. Düşünürəm ki, ehtimal edilən döyüşlərin Qazax və Naxçıvandakı anklavlar uğrunda getməsi daha ağlabatandır, xüsusilə də Naxçıvan”.

Ekspert qeyd edib ki, regional ölkələrinin liderləri və digər rəsmiləri arasında intensiv təmaslar Naxçıvanla bağlı məsələnin yaxın vaxtda həll olunacağı ehtimalını artırır:

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın əvvəlcə Rusiyaya, ardınca İrana səfəri, Rəcəb Tayyib Ərdoğanın həmkarı Vladimir Putinlə görüşməsi, ardınca Türkiyə prezidentinin ölkə başçımız İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı onu deməyə əsas verir ki, bölgədə çox ciddi geosiyasi proseslər gedir. İran tərəfinin sərhəddəki hərbi hərəkətlənməsini də təsadüfi hesab etmirəm. Azərbaycanın əsas prioritetlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Naxçıvanla quru yolun bərpası bu istiqamətdə mühüm addım ola bilər.  İstisna deyil ki, qeyd etdiyimiz məqamla bağlı siyasi müzakirələr də gedir. Bəlkə də, artıq razılıq əldə olunub”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »