ABŞ səfiri Rusiyada casusluq ittihamı ilə cəza çəkən Uilana baş çəkəcək

0

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi Rusiya Federasiyasında casusluğa görə cəza çəkən amerikalı Pol Uilanı ziyarət edəcək.

İctimai Rəy xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ səfirliyinin X-dəki (keçmiş Twitter) səhifəsində məlumat verilib.

“Səfir Treysi qanunsuz saxlanılan ABŞ vətəndaşı Pol Uilanı ziyarət etmək üçün Mordoviyadakı cəzaçəkmə müəssisəsinə gedir. Rusiyada saxlanılan ABŞ vətəndaşlarının acınacaqlı vəziyyəti ABŞ hökuməti üçün əsas prioritet olaraq qalır və biz Polun dərhal azad edilməsinə çağırışımızı təkrar edirik”.

Pol Uilan 2018-ci ildə Rusiyada casusluqda təqsirli bilinib və Mordoviya koloniyasında cəzasını çəkməyə davam edir.

Daha əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiya Federasiyasında uzunmüddətli cəza çəkən Uilana zəng vurub. Bu məlumatı amerikalının qardaşı Devid Uilan da təsdiqləyib. CNN-in diplomatik mənbəsi bildirib ki, Blinken Uilanı inamını saxlamağa çağırıb və onu əmin edib ki, ABŞ səlahiyyətliləri onu vətəninə qaytarmaq üçün hər cür səy göstərir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »