Ukrayna ordusu “əjdaha dişləri”ni keçdi

0

Ukrayna ordusu Zaporojye vilayətinin qərb hissəsində Rusiyanın tank əleyhinə xəndəklər və “əjdaha dişləri” müdafiə xətlərinin arxasındakı mövqelərə doğru irəliləyib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukrayna qoşunlarının Rusiyanın bu müdafiə xəttini dağıdıb keçdiyini qiymətləndirmək çətindir, çünki bu ərazilərdə Ukraynanın ağır texnikası yoxdur. Sentyabrın 4-də yayımlanan görüntülərə əsasən, Ukrayna qüvvələri Rusiya tank əleyhinə xəndəklərinin şərqindəki mövqelərə, eləcə də Verbovedən dərhal qərbə doğru əsas müdafiənin bir hissəsini təşkil edən “əjdaha dişləri” maneələrinə doğru irəliləyib. Bundan əlavə, Ukrayna ordusu Robotin və Novoprokopovka arasındakı Rusiyanın müdafiə mövqelərinə doğru da irəliləyib”, – məlumatda deyilib.

Qeyd olunub ki, Ukrayna ordusu Rusiyanın müdafiə xəttlərindən birində yaratdıqları boşluğu genişləndirir və bu xəttin taktiki arxa bölgələrinə daha çox texnika, şəxsi heyət daşıyır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »