Rusiya səmasında naməlum obyekt vuruldu

0

Rusiyanın Pskov vilayətindəki hava məkanına nəzarət edən post naməlum obyekti zərərsizləşdirmək üçün tədbirlər görüb.

Bu barədə regionun rəhbəri Mixail Vedernikov deyib.

“Krestov ərazisində hava məkanının nəzarət postlarından birinin müşahidəçiləri səmada naməlum obyekt aşkar ediblər. Onun zərərsizləşdirilməsi üzrə tədbirlər görülüb. Yerdə heç bir fəsad yoxdur”, – qubernator bildirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »