Rusiya Ukraynanın cənub istiqamətində irəliləyən qüvvələrini tam məğlub etdikdən sonra Donbas və Xarkov vilayətini “təmizləyəcək”.
Axar.az xəbər verir ki, bu sözləri amerikalı jurnalist Cekson Hinkl qeyd edib.
Hinklın sözlərinə görə, proses artıq Xarkov vilayətində gedir:
“Rusiya ordusu Kupyansk şəhəri istiqamətində irəliləyir. Cəbhənin Zaporojye hissəsində əks-hücum zamanı ciddi itkilər verdiyi üçün Ukrayna Silahlı Qüvvələrinin müdafiə taktikasına keçməyinin vaxtı çatıb.
Kiyev üçün indi yaxşı olar ki, Moskva ilə barışsın. Əgər hərbi məntəqələrdə baş verənlərə baxsaq, onda Ukrayna ordusu hücumları dayandırmalıdır”.